Çılpaq qızların lideri həbs olundu
17-11-2012, 11:50
Oxunub: 5 242
Onu Rusiyanın Federal Təhlükəsizlik Xidməti saxlayıb
FEMEN hərəkatının lideri Anna Quçol Rusiyanın Sankt-Peterburq şəhərində həbs olunub. Bu barədə FEMEN-nin internet səhifəsində məlumat gedib. Verilən məlumata görə, dünən axşam Parisdən Sankt-Peterburqa gələn Anna Quçol "Pulkovo" hava limanında Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən saxlanılıb.
Qeyd edək ki, Anna Quçol həbs olunarkən onun üzərindən pasport və digər sənədlər götürülüb. Hadisə ilə bağlı rəsmi məlumat verən Təhlükəsizlik Xidmətinin rəsmiləri açıqlayıb ki, FEMEN liderinin Rusiyaya daxil olmasına qadağa olduğu üçün həbs edilib. FTX-dən həmçinin bildirilib ki, Anna Quçol yaxın 11 saat ərzində Parisə təyyarə ilə göndəriləcək.
Məlumat üçün bildirək ki, dünya mediasında uzun müddətdir FEMEN fəallarının hər hansı hüquq pozuntusuna etiraz eləmədiyi, əksinə əxlaqsızlığı təbliğ etdiyi bildirilir. Araşdırmalar onu göstərir ki, bu təşkilata pul buraxan şəxslər KP Media mediaholdinqinin sabiq rəhbəri amerikalı Ced Sander, alman milyoner Gelmut Hayer və almaniyalı biznes-ledi Beate Şoberdir. Onlar isə dünyada əxlaqsız filmlərin çəkilməsinə ən çox maliyyə ayıranlardır. / FaktXeber.com/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər