Bu ölkədə ölülərin dərisini soyurlar
22-11-2012, 12:00
Oxunub: 6 032
Tibetlilərdə dini inanclarından qaynaqlanan qəribə dəfn ayini var.
Əksər xalqlardan fərqli olaraq onlarda insanları torpağa tapşırmaq doğru sayılmır. Tibetdə yalnız cinayətkər və özünü öldürənlər basdırılmağa “layiq” görülür. Burada inanırlar ki, torpaq ruhun metafizik aləmdə səyahətinə, daha doğrusu, digər bədənə köçməsinə mane olur. Ona görə də tibetlilər cəsədi yandırmağa üstünlük verirlər. Lakin bu bahalı ayindir. Tibetdə yanacaq materialları az və bahalı olduğundan, kasıblar onu ala bilmir. Bu səbəbdən imkansızlar, adətən, vəfat etmiş yaxınlarını çaya atırlar. Əksər buddist rahibləri isə öldükdən sonra məbədin divarına hörülür, ibadət yerinin daxilində isə din adamlarının şərəfinə sərdəbalər ucaldılır.
Lakin Tibetdə "jhator" (quşlara verilən ehsan) adlanan tükürpərdici adət daha çox yayılıb. Yerli hakimiyyət bu dəhşətli mərasimlə mübarizə apararaq ona qadağa qoysa da, bir çox tibetli yaxınları son mənzilə məhz bu yolla yola salır. “Səma dəfni” kimi məşhurlaşan həmin adətin məğzi belədir: buddistlərin inancına görə, cəsəd boş qabdan başqa şey deyildir.
Və meyit “boş-boşuna çürüməsin” deyə, ölmüş şəxsin yaxınları nəşi hündür yerə çıxararaq daş, balta və bıcaqla cəsədi parçalayır və yırtıcı quşlara yem verirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər