BolgeXeber.Com » Dünya » Dəhşət: 140 avtomobil toqquşdu- video

Dəhşət: 140 avtomobil toqquşdu- video

23-11-2012, 10:50
Oxunub: 7 423 Ölən və yaralananlar var.

ABŞ-da 140 avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb. Bolgexeber.com-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, zəncirvari qəzada təxminən 80 nəfər xəsarət alıb. Onlardan 51-i xəstəxanaya yerləşdirilib, 8 nəfərin vəziyyəti olduqca ağırdır.
İirimiqyaslı qəza ötən gün yerli vaxtla saat 10.00-da (Bakı vaxtı ilə 19.00) Texas ştatının Bomont şəhərində baş verib. Hadisəyə qatı dumanın səbəb olduğu bildirilir. Toqquşan avtomobillərin sırası 3 kilometrdən artıq olub.