Dünyanı dəhşətə salan şeytan qadınlar... - FOTOLAR
23-11-2012, 14:25
Oxunub: 23 492
Qadınların erkəklərə daş çıxarda biləcək pis əməli
Mən cəmiyyətdə insanlara qadın-kişi ayrımı edilməsinin əleyhinə olanlardanam. Və oxuduqum kitablar da, apardığım araşdırmalarım da haqlı olduğumu ortaya qoyur. Bəzən buna qarşı cıxdığımda qınandığım da az olmur. Lakin yenə deyirəm, insanların cinsiyyətinə görə münasıbət görməsini doğru saymıram. Və bu fikirimdə ölənə qədər qalacağıma əminəm. Bəzən qadınların kiçik düşməsinə və erkəklər tərəfindən sıxışdırılmasına xanımlar özləri rəvac verirlər. Erkəklər bizləri hər zaman "zərifsiniz" deyişi altında kiçik görürlər. Bunu yenə deyirəm, bəzən cəmiyyətin ən öndə gedən xanımları belə dəstəkləyir. Məsələn, elə götürək, son günlərdə baş verən cinayətləri... Hansısa bir qadın öldürülür, ya da döyülürsə, elə xanımlar özləri ayağa qalxıb, "biz zərifik və toxunulmazıq" deyib, hay-küy salırıq. Mən isə istər xanım, istərsə bəylərin öldürülməsinə, döyülməsinə, ümumiyyətlə, şiddətə qarşıyam. Can candır, qadına da, erkəyə də bir kərə verilir. Bunu Allahdan başqa da kimsənin almaq haqqı yoxdur.
Nə isə... türklər demiş, başqa bir yerə sapmadan gəlim əsas məsləyə... Hə, qadınların erkəklərdən o qədər də fərqi olmadığını, insan oğlunun eyni xislətləri daşımasında cinsiyyətin hec bir önəminin olmadığını göstərmək üçün bəzi olaylara ekskursiya edəcəm.
Öncə başlayaq qadınların erkəklərə daş çıxarda biləcək pis əməlindən...
Birinci yazı
Məşhur yazıçısı Shelley Klein, işlədikləri cinayətlərlə məşhur olmuş 15 qadının hekayəsini özündə əks etdirən “Tarixdəki Şeytan Qadınlar” kitabında faktlara söykənərək böyük bir araşdırma aparıb.
Kitabda sözügedən 15 qadın tarixdə müxtəlif dövrlərdə mərhəmətsiz cinayətlərə imza atmaları səbəbindən adlarını zamanlarında coxlarına eşitdirmidilər. Aralarında Roma İmperatoru Claudiusun iki arvadı - Valeria Messalina və Gənc Agrippina, Çin İmperatoriçası Tzu Hsi, Rus İmperatoriçası Böyük Katerina kimi imperatoriçalar, Rumıniya diktatoru Nikolai Çauşeskunun arvadı Elena Çauşesku kimi first ledinin olduğu kimi sıravi qadınlar da iştirak edir.
Məsələn, ABŞ-lı qatil Aileen Carol Vuornos qurbanlarını kişilər arasından seçirdi. Edama məhkum və ABŞ-da ən məşhur silsilə qətllər törətmiş biri olaraq tanınan homoseksual, həyat qadını Vuornors haqqında film də çəkilib. "Monster" adlı filmdə onu Charlize Theron canlandırmış və Theron bu roluyla Oscar heykəlini evinə aparmışdı.
1800-cü illərin sonlarına doğru zəngin valideynlərini onlarla balta zərbələri ilə öldürən Lizzie Borden isə “cinayətləri işləyə biləcək qədər canavar olmadığı” səbəbiylə azad edildi. Bordenin işlədiyi cinayətlər, Angela Carterin "The Fall River Axe Murders”adlı hekayəsində acıq şəkildə əks olunub.
Shelley Klein, kitab üçün yazdığı ön sözdə statistikaların qadınların daha öldürücü cins olmadığını göstərdiyini ifadə edir və ardıcıl cinayət işləyən qadınlarla əlaqədar bir fikir də var: "Ümumiyyətlə, birdən çox adamı öldürən qadınlar bunu bir komandanın parçası olaraq edirlər."
Məşhur xanım-yazar Shelley Kleindan şöhrətlərini işlədikləri cinayətlərlə tarixin səhifələrini ləkələmələrinə borclu olan on beş qadının, ata qatili, qardaş qatili, işgəncə, qırğın, seks cinayətləri və ən qorxuncu da körpə cinayətləri ilə bəzədilmiş gerçək həyat əhvalatlarını qələmə alıb.
- Aileen Carol Vuornos - Qurbanlarını kişilər arasından seçən amerikalı, silsilə qətllər müəllifi
- Böyük Katerina - Mərhəmətsiz rus kralicası
- Elena Çauşesku - Rumıniya diktatörünün namussuz və qatil arvadı
- Gənc Agrıppına - Neronun qatil anası
- Grace Marks - Kanadanın ən məşhur qadın qatili
- I Ranavalona - Madaqaskarın despot qırmancı
- Karla Homolka - Kanadanın pis şöhrətli seks qatili
- Lizzie Borden - Ədalətdən qaçmağı bacaran amerikalı ana-ata qatili
- Mari Noe - Öz uşaqlarını belə, öldürən amerikalı silsilə qətllərin müəllifi
- Mary Ann Cotton – Eyni anda iki əri olan arsenik qatil
- Myra Hindley - İngiltərənin lənətlənmiş qadın qatili
- Rosemary Vest - Üst-üstə on cinayət işləyən bir qatil
- Tzu-Hsi - Çinin həyasız dul kralicası
- Valeria Messalina - İmperator Claudiusun əxlaqsız arvadı
Biz də Audrey Marie Hilleyin qələmə aldığı bu qadınların bir necəsi haqqında oxucularımıza tam da olmasa, kicik bir arayış vermək istəyirik.
Kitabda xüsusi yer alan “Baltalı qatil” ləqəbli Lizzie Borden... 1892-ci ildə Massachusettsdə ögey anasını və atasını baltayla öldürən və cinayətləriylə "Lizzie Borden baltanı götürdü, anasına 40 dəfə yellədi, nə etdiyinə baxınca, atasına da qırx bir dəfə yellədi" şəklində təkərləmələrə mövzu olan qadın... Onun haqqında kifayət qədər dəlil olmadığı ücün günahsız elan edildi və azaldığa cıxdı. Həyatını öldürdüyü ailəsindən qalan mirasla davam etdirdi. İşlədiyi cinayətlər, yuxarda da qeyd etdiyimiz kimi, Angela Carterin “The Fall River Axe Murders” adlı hekayəsinə də mövzu oldu.

“Dəhşət mələyi” bölümündə isə yazar Rosemary Vest haqqında yazır. 1987-ci ildə yaxalanana qədər aralarında ögey qızının da olduğu 10-dan çox gənc qız və uşağı öldürən Rosemary Vest və əri Fred Westin “evlərində 10-dan çox gənc qız və uşağa təcavüz edib, işgəncə verdiyi, sonra da öldürüb, evin zirzəmisində basdırdığı" ortaya çıxdı. Cinayətləri birlikdə işlədiyi əri Fred West, 1995-ci ildə həbsdə özünü asdı. Rosemary 10 ayrı iddiadan ömür boyu həbsə məhkum edildi. Həbsdə isə qadınlara təcavüz cinayətindən məhkum edilən bir pozğun olan Stephen Salivonla evləndi.

“Ölüm saçan subay” Aileen Carol Vuornos hakında isə kitabda oxuduqlarımız sizləri də dəhşətə salacaq. ABŞ-ın ən məşhur silsilə qətllər müəlifi olaraq tanınan, homoseksual, həyat qadınının 1989-1990 illər arasında cinsi əlaqəyə girdiyi bəzi kəsləri öldürüb, cəsədlərini meşədə saxladığı ortaya çıxib. Yeddi adamı öldürdüyü iddia edilsə də, onlardan cəmi 5-nin cəsədi tapılıb. İki adamın cəsədi isə hələ də axtarılır. O üzdən də beş adamı öldürməkdən mühakimə olundu. Aileen hələ altı aylıqkən anası bir məktub buraxıb, evi tərk etmişdi. Baxımını nənəsi və babası üstləndi. Ancaq 13 yaşında təcavüzə uğradı, qeyri-qanuni bir uşaq dünyaya gətirdiyi üçün evdən qovuldu. Dəmir-dümür bir avtomobildə barındı, pul üçün fahişəliyə başladı. 20 yaşındaykən 70 yaşlı bir adamla evləndi, amma, ərini bastonla döydüyü üçün evliliyi yalnız bir ay davam etdi. 1986-ci ildə həyatının eşqi Tyria Moore adında bir lezbiyanla qarşılaşdı. Dörd il birlikdə yaşadılar. Məhkəməsi 1989-cu ildən 1990-cu ilə qədər davam etdi. Sonda beş adamı öldürməkdə günahkar bilinərək ölümə məhkum edildi. Tanınmış aktrisa Charlize Theron, Aileen Vuornosun həyatını canlandırdığı “Monster” filmiylə Oscar mükafatına layiq görüldü.
“Pisliyin üzü” bölümündə isə yazar İngiltərənin ən nifrət edilən qadınından söhbət açır. “İlk cinayətini 21 yaşında törətdikdə, günahsız uşaqlığından əsər qalmamışdı. Həyatının axışını dəyişdirən Ian Brady ilə 17 yaşında tanış oldu. İlk görüşmələrində Myranı, nasistlərin mühakiməsini əks etdirən “Nurenberg yığıncağı” adlı filmə apardı və yavaş-yavaş nasist pərəstişkarı qəddar dünyasına soxmağa başladı. Myra onun əyri və pozğun dünyasının bir köləsi halına gəldi. Brady onun çılpaq şəkillərini çəkdi və ona silahdan istifadəni öyrətdi. 1963-cü ildə ilk qurbanları 16 yaşındakı Pauline Reade oldu. İlk dörd cinayətin necə baş verdiyini Myranı ifadələrindən öyrəndik”.

“Qara dul” adlanan Mary Ann Cottonisə 1873-cü ildə öldüyündə, dörd ərini və bunun təxminən üç misli qədər də uşağı öldürməkdə günahlandırılırdı. Cinayətlərin və günahının həqiqəti mövzusundan heç kim danışmırdı. Ancaq bu utancverici cinayətlərin arxasında bir müəmma qaldı; cinayətlərin səbəbi... Əvvəl öz uşaqlarından dördünü doğular-doğulmaz və ilk əri Villiam Movbrayi öldürdü. Bu cinayətləri ikinci əri Corc Vard, üçüncü əri James Robinson, dörd uşağı və öz anasını öldürməsi ilə davam etdi. Amma bununla da qalmadı. Dördüncü ərinin qardaşı Margaret Cotton, əri Frederick Cotton və Cottonun üç uşağı da ardı-ardına bütün qurbanları kimi, arseniyə səbəb olduğu naməlum bir mədə xəstəliyindən öldü. Olduqca vasvası bir qadın olduğu bilinən Mary Ann Cotton, dar ağacına aparılmadan əvvəl saçlarını fırçalayaraq peysərində yığmaq üçün israr etdi.

Audrey Marie Hilley1950-ci illərin ABŞ-da maraqlı şəxsiyyətiylə diqqət çeken bir qadın qatiliydi. Audrey Marie Hilley uşaqlıq sevgisiylə evlənən iki uşaq anası, ətrafda tək səhv alışqanlığı cox pul xərcləməyi olan orta sinif bir amerikalıydı.Sorunlar ilk olaraq Marienin ərinin 25 illik evliliyin ardından ürək bulanması, əldən düşmüşlük kimi xəstəlik əlamətləri göstərməsilə başladı. Marie yoldaşına, sözdə həkim tövsiyəsiylə iynə vurdurdu. Bunlar heç bir şəkildə xəstəliyin önünə keçməmişdi. Həkimlər Frankın simptomları qarşısında caş-baş qalmışdılar. Onlara görə qoyula biləcək diaqnoz mikrobik sarılıqdı. Frank Hilley 25 may 1975-ci ildə öldü. Marie sığortadan gələn 30 min dolları xərcləməkdə gecikmədi. Evdə dolanışıqla bağlı problemlər yarandı. Bu arada qızı xəstələndi. Həkimin qızına bədənində yüksək miqdarda zəhər var deməsi cox şeyi ortaya cıxardı. Sən demə, Marie qızını öldürüb, sığortadan yüksək miqdarda pul almağı planlaşdırmışdı. Bu diaqnozun ardından polis Marienin ölmüş əri Frankin saçlarından bir nümunəni incələdi. Yüksək miqdarda zəhər vardı. Zəhər qalıqlarına Frankin xərçəngdən ölən anasında da rast gəlindi. Marie həbs edildi. Amma macəra indi başlayırdı. Marie firar etdi və saxta sənədlərlə 3,5 il boyunca olmadıq macəralar yaşadı.
Növbəti yazıda isə dünyada yaxşı mənada tanınan qadınlardan söhbət açacağıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər