BolgeXeber.Com » Dünya » 46 il davam edən hamiləlik (foto)

46 il davam edən hamiləlik (foto)

23-11-2012, 15:10
Oxunub: 8 403 Keçən əsrin 50-ci ilində Zara Əbutalib 26 yaşında hamilə olur.

Doğum vaxtı çatdıqda, Zaranın eri onu doğum evinə aparır. Doğum evində Zara çox faciəli doğuşun şahidi olur. Onun gözləri qarşısında cavan gəlin doğarkən ölür.Həkmlər körpənidə xilas edə bilmirlər. Bu hadisəni görən Zara qorxaraq doğum evindən qaçır.Bir neçə gün doğuş sancısı qadına əziyyət verir,amma körpə doğulmaq bilmir.Mərakeşlilərin mədəniyyətində "yatan körpə"adlı inanc var. Bu inanca görə,əgər uşaq doğulma vaxtında doğulmursa, onda həmin uşaq ananın bətnində əbədi olaraq yatır və ananı qoruyur.Bu inanca inanan Zara da düz 46 il həkimə belə müraciət etmir.
Bir gün qarın nahiyəsindən tutan ağrılara dözməyən Zara həkimə müraciət edir. Edilən Ultrasəs müayinəsindən (USM) aşkar olunub ki, qadının bətnində qeyri-adi bir şey vardır. Həkimlər qadının həyatını xilas etməkdən ötrü cərrahiyyə əməliyyatı aparırlar. 8 saat davam edən əməliyyat nəticəsində Zaranın bətnindən 3 kq çəkidə körpəni xatırladan daş çıxarılır.
Aparılan analizlərin nəticəsində məlum olubki,bu daş Zaranın körpəsidir.Bu hadisənin möcüzəsi ondadırki,bətində qalan körpə çürüyüb qadinda sepsis əmələ gətirməyib. Zaranın orqanizmi ölü körpəni öz orqanı kimi qəbul edib. Tibbi dildə bu litopedion adlanır.Tarixdə litopedion 300 dəfə qeyd olunub.