Moskvada öldürülən azərbaycanlının qatili bəlli oldu
27-11-2012, 13:55
Oxunub: 5 516
Qətlin pul üstündə törədildiyi bildirilir
Rusiya paytaxtındakı bazarların birində öldürülən azərbaycanlının kimliyi məlum olub. Bolgexeber.com-un APA-ya istinadən verdiyi xəbərə görə, noyabrın 25-də axşam saatlarında “Mojayskiy val” küçəsində yerləşən “Darqanil” bazarının içindəki kafedə bir qrup azərbaycanlı arasında mübahisə düşüb.
Nəticədə mübahisə edənlərdən biri odlu silaha əl atıb. Adı hələlik açıqlanmayan azərbaycanlı pnevmatik silahdan atəş açaraq Ordubad rayon sakini, 1969-cu il təvəllüdlü Şəfiyev Əjdər Firudin oğlunu qətlə yetirib.
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumatda bildirilir ki, altı nəfər azərbaycanlı “Darqanil” bazarının içindəki kafedə yeyib içiblər. Daha sonra onlar arasında mübahisə düşüb. Mübahisə edənlərdən biri digər tanışını hadisə yerinə çağırıb. Hadisə yerinə gələn digər azərbaycanlı odlu silaha əl atıb və 43 yaşlı həmyerlisini qətlə yetirib. Qətli törətmiş şəxs hadisə yerindən qaçıb.
Qəti törədən şəxsin də Ordubad rayon sakini olduğu bildirilir. Qətlin pul üstündə törədildiyi bildirilib.
Rusiya Təhqiqat Komitəsinin əməkdaşları qətl baş verəndən sonra hadisə yerinə gəliblər. Qətlin baş verdiyi kafe bağlanıb. Kafedə olan təhlükəsizlik kameraları qətli görüntüləyib. Hazırda qətli törədən həmyerlimizin axtarışı davam etdirilir.
Qeyd edək ki, “Mojayski val”dakı bazarda əsasən Azərbaycanın Hacıqabul, Ağdaş və Ağcabədi rayonundan olan sakinlər çalışır.
Onu da qeyd edək ki, keçən həftənin şənbə günü Moskvada azərbaycanlılar və şimali qafqazlılar arasında silahlı insident baş verib. Ortadnoe rayonunun Dekabristov küçəsində baş verən hadisə zamanı bir nəfər azərbaycanlı - Şirin Hümbətov qətlə yetirilib, onun Polad adlı bacısı oğlu olan və digər azərbaycanlı Şahin Nağıyev isə yaralanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər