Oxunub: 5 614Hindistanın Maharaştra ştatındakı Qrişneşvor məbədində dünyanın ən qəribə və təhlükəli mərasimlərindən biri keçirilir.
Ayinin mahiyyəti bundan ibarətdir: iki yaşınadək olan uşaqlar qorxu və göz yaşları içində məbədin yuxarısından, 15 metr hündürlükdən aşağı atılır və ibadət yerinin yaxınlığında duran bir qrup valideyn açılmış döşəkağı ilə övladlarını tuturlar. Tükürpərdici mənzərədir, deyilmi?! Kənardan körpələrin edamına bənzəyən bu qorxunc ayin nəticəsində son 150 ildə üç uşaq həyatını itirib. Görəsən, yerli əhalini belə mərasim keçirməyə nə vadar edir? Maharaştra ştatında yaşayan müsəlman və hinduslar inanırlar ki, 700 il yaşı olan bu ayin səbəbilə övladları ağıllı, sağlam olacaq və gələcəkdə böyük uğur qazanaraq yüksək mövqe tutacaqlar. Lakin azyaşlı uşaqların məruz qaldığı ciddi psixoloji travmaları nəzərə aldıqda yerli dindarların bu inancı ilə heç cür razılaşmaq olmur. Bəzi uşaqlar məbədin hündürlüyündən atıldıqdan sonra özünə qapanır, heç kəslə ünsiyyət qurmayaraq inkişafdan geri qalırlar.