BolgeXeber.Com » Dünya » Türkiyyənin endirdiyi suriya təyyarəsindən nələr çıxdı?

Türkiyyənin endirdiyi suriya təyyarəsindən nələr çıxdı?

29-11-2012, 11:50
Oxunub: 5 412 Moskvadan Əsada 200 ton banknot

Bolgexeber.com Türk mətbuatına istinadən bildirir ki, Suriya Xarici işlər nazirliyinin e-maillərini hack edən “Anonymous” (hakerlər qrupu), 11 Oktyabr tarixində Türk F-16 döyüş təyyarələri tərəfindən Esenboğa havalimanına enməyə məcbur edilən Suriya sərnişin təyyarəsi ilə bağlı Suriya Hava Yolları Prezidenti Ghaida Əbdüllətifin "Beynəlxalq hava Daşımaçılığı Quruluşu”na "Ərəb Hava Yolları Təşkilatı"na göndərdiyi Türkiyəni "Hava Quldurluğu” etməkdə ittiham etdiyi şikayət məktubunu dərc edib.

Məktubda Türk qırıcıların təyyarəyə 50 metrə yaxın yanaşdığı və onu zorla enməyə məcbur etdiyi də bildirilib. Daha sonra isə 7 saatlıq axtarışın heç bir nəticə vermədiyi də əlavə olunub.

"Ananimus" həmçinin Suriyada başlayan vətəndaş müharibəsini yatırmaq və ölkə müxalifətini dağıtmaq üçün rəsmi Moskvanın münaqişə başlayan tarixdən bu günə Əsada təyyarələr vasitəsiylə 200 ton banknot göndərdiyinə dair sənədi də ələ keçirib.
Xatırladaq ki, “Ananimus”un ələ keçirdi bu sənədlər “Propublica” tərəfindən İngilis və Fransız dillərində dərc olunub.