BolgeXeber.Com » Dünya » Meksikada 7,1 bal gücündə zəlzələ, şəhər dağıldı: 149 ölü - Video
Meksikada 7,1 bal gücündə zəlzələ, şəhər dağıldı: 149 ölü - Video
20-09-2017, 09:24
Oxunub: 5 341Meksikanın Pueblo şəhərində 7,1 bal gücündə zəlzələ baş verib
Dəhşətli zəlzələ baş verdiyi şəhər paytaxt Mexikonun 123 km-də yerləşir.
Təbii fəlakət nəticəsində xeyli yaşayış binası, inzibati tikililər dağılıb.
***
Zəlzələ nəticəsində Morelos ştatında ən azı 42 nəfər ölüb.
Bu barədə Morelos ştatının qubernatoru Qrako Ramires məlumat verib.
Daha 3 nəfərin isə Puebla ştatında öldüyü barədə məlumat daxil olub.
Qeyd edək ki, zəlzələ yerli vaxtla 18:14-də (Bakı vaxtı ilə 22:14) baş verib. Zəlzələnin episentri Puebla-de-Saraqos şəhərindən 49 km cənub-qərbə düşüb. Episentr həmçinin Tepeoxuma yaşayış məntəqəsinin 8 kilometrliyində olub.
Zəlzələ ocağı 60 km dərinlikdədir.
Zəlzələ paytaxt Mexikoda da güclü şəkildə hiss edilib. Mexikodakı Benito Xuares adına beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.
***
Meksikanın Qəza-Xilasedici Xidmətinin rəhbəri Luis Felipe 44 nəfərin öldüyünü rəsmən təsdiqləyib. O bildirib ki, Morelos ştatında 42, Mexikoda isə 2 nəfər ölüb.
***
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 149-a çatıb.
Bu haqda Meksikanın Qəza-Xilasetmə Xidmətinin rəisi Luis Felipe Puente Tviter hesabında qeyd edib.
"Hazırda olan məlumata görə, Morelos ştatında 55, Mexikoda 49, Puebla ştatında 32, Mexiko ştatında 10, Qerrero ştatında 3 nəfər ölüb.", - deyə o bildirib.