“Eurovision-2013” - İsveçin Malmö şəhərində...
7-12-2012, 11:15
Oxunub: 5 289
“Eurovision-2013” təmsilçimizin müəyyənləşməsi üçün milli seçim turu başlayır.8 həftə davam edəcək milli seçimlərdə 80-dək namizəd mübarizə aparacaq.Gələn ilin mayında İsveçin Malmö şəhərində düzənlənəcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi məqsədi ilə milli seçim turu keçiriləcək. İctimai Televiziya və Radio Yayımları Şirkətindən APA-ya verilən məlumata görə, artıq seçim turunun başlayacağı vaxt müəyyənləşib. Dekabrın 17-dən etibarən İctimai Televiziyanın canlı efirində “Eurovision-2013”də Azərbaycan adından çıxış etmək arzusunda olan 80-ə yaxın namizəd özünü seçimlərdə sınayacaq. Milli seçimlər 8 həftə davam edəcək. Hər il olduğu kimi bu il də proseduralar eyni qaydada həyata keçiriləcək. Hərfə içi hər gün axşam müəyyən olunmuş həftələrdə çıxış edəcək namizədlər öz perfomanslarını nümayiş etdirəcəklər. Həftənin cümə günü isə beş günün qalibi müəyyənləşəcək. Milli seçimdə 80-ə yaxın namizəd öz şansını sınayacaq. Sonda isə hər həftənin qalibi arasından Azərbaycanın “Eurovision-2013” təmsilçisi təyin olunacaq.
Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər