BolgeXeber.Com » Dünya » Çexiyada 27 dərəcə şaxta qeydə alınıb

Çexiyada 27 dərəcə şaxta qeydə alınıb

9-12-2012, 12:25
Oxunub: 4 588 Çexiya Respublikasında ölkə üçün rekord dərəcədə şaxta qeydə alınıb.
SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ölkənin Plava-na-Yablonetsk yaşayış məntəqəsində 27 dərəcə şaxta olub. Şaxta çox narahatçılığa səbəb olub. Həkimlər 67 yaşlı bir kişinin soyuqdan donaraq, öldüyünü bildirib. Qurum xəbərdarlıq edərək, yaxın gecələrdə də Çexiyada havalar daha şaxtalı keçəcək.