UNICEF: 180 milyon uşağı daha da pis gələcək gözləyir
22-11-2017, 10:09
Oxunub: 6 780
"37 ölkə üzrə 180 milyon uşaq valideynlərindən də pis durumda yaşayacaq"
APA-nın xəbərinə görə, bu barədə UNİCEF-in yaydığı hesabatda deyilir.
Hesabatda qeyd edilib ki, gələcəkdə 180 milyon uşaq əvvəlki nəsildən də pis, kasıb şəraitdə yaşayacaq, təhsil ala bilməyəcək. UNİCEF-in nümayəndəsi Lourens Çandi deyib ki, uşaqlar üçün görülən tədbirlərə, qazanılan nailiyyətlərə baxmayaraq, bu imkanlardan faydalanmayan, unudulmuş uşaqlar da var. O bildirib ki, 14 dövlətdə, xüsusilə Afrika ölkələrində gündə 2 dollardan az məbləğlə dolanan uşaqlar böyüyür. 21 ölkədə maliyyə böhranı, münaqişələrin artması, sürətli əhali artımı ibtidai təhsil alan uşaqların sayında azalmaya səbəb olub.
L.Çandinin sözlərinə görə, 19 ölkədə, əsasən İraq, Suriya Liviya, Ukrayna Mərkəzi Afrika ölkələri, Cənubi Sudanda uşaqlar zorakılıqdan dünyalarını dəyişir: "Bununla yanaşı, uşaqları təkcə öz problemləri deyil, üstəlik terror, iqlim dəyişikliyi, münaqişə və miqrant, qaçqınlara qarşı yaxşı olmayan davranışlar da narahat edir. Hətta uşaqların əksəriyyəti böyüklərin, o cümlədən ölkə liderlərinin onların problemlərinə dair seçdikləri həll yolları ilə razı deyillər".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər