BolgeXeber.Com » Dünya » Turqut Özalın qalıqlarında zəhər tapıldı

Turqut Özalın qalıqlarında zəhər tapıldı

12-12-2012, 09:45
Oxunub: 4 633 Türkiyənin keçmiş prezidenti Turqut Özalın qalıqlarından analiz üçün götürülmüş toxuma nümunələrinin tədqiqatı haqqında hesabat Özalın cəsədinin qalıqlarında zəhər olduğunu göstərib.Bu barədə Türkiyənin Məhkəmə Tibb Ekspertizası İnstitutunun rəsmi hesabatında deyilir. Bu barədə çərşənbə günü CNN Turk telekanalı xəbər verib.

Bununla yanaşı, hesabatda qeyd olunur ki, keçmiş prezidentin cəsədinin qalıqlarında zəhər aşkar olunmasına baxmayaraq, ölümə səbəb zəhər olmayıb. Özalın ölümünün dəqiq səbəbi hələ ki müəyyənləşməyib.

/ Trend /