Ukrayna ordusu Donbasda iki kənd azad etdi
25-11-2017, 14:27
Oxunub: 5 046
Ukrayna ordusu Donbasda neytral zonada iki kəndi nəzarət altına alıb
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda “Feysbuk” səhifəsində hərbi əməliyyat qərargahının mətbuat mərkəzi bildirib.
Məlumata görə, söhbət separatçıların nəzarətində olan Qorlovkanın 20 kilometr şimalında yerləşən Travnevoe və Qladosovo kəndlərindən gedir.
Kəndlərin tutulması “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumu tərəfindən də təsdiqlənib.
Daha əvvəl yayılan xəbərə görə, Ukrayna ordusunun 54-cü briqadası Qorlovkanın ətrafına çıxmaq üçün genişmiqyaslı hücumu əməliyyatına hazırlaşırdı. Lakin könüllülərdən birinin bu haqda sosial şəbəkədə yazması genişmiqyaslı hücumun qarşısını alıb.
Ukrayna ordusunun planları barədə sosal şəbəkədə yazılanlardan sonra “Donetsk Xalq Respublikası” separatçı qurumun rəhbərliyi əraziyə əlavə qüvvələri cəlb edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər