BolgeXeber.Com » Dünya » ABŞ Suriya müxalifətini legitim hökumət kimi tanıdı - Şok

ABŞ Suriya müxalifətini legitim hökumət kimi tanıdı - Şok

12-12-2012, 11:15
Oxunub: 5 531 ABŞ prezizdenti Barak Obama ABS News kanalına verdiyi müsahibədə bundan sonra Suriya müxalifətinin xalqın legitim nümayəndəsi kimi qəbul etdiyini açıqlayıb.Obama bunu Amerikanın böyük addımı kimi dəyərləndirərək bildirib ki,bu gündən ABŞ Suriya müxalifətini qanuni hökumət kimi qəbul edir.”Bununla yanaşı,biz Suriya müxalifətində olan bütün qüvvələri dəstəkləmirik.Belə ki Bəşər Əsəd rejiminə qarşı çıxan qüvvələr arasında ekstremistlər də var.Biz onlarla heç bir danışığa getməyəcəyik.Atılan bu addım o demək deyil ki,biz avtomatik olaraq Suriya müxalifətinə silah yardımı edəcəyik,Ancaq onu da qeyd edim ki,gələcəkdə məsələnin siyasi yolla həllinə yardımçı olmaq üçün ABŞ silah yardımı etməyə hazırdır” – deyə Obama bildirmişdir.

Qeyd edək ki,artıq Suriyadakı məlum hadisələr 18 aydır k.davam edir və bu qarşıdurmada 42 min insan həyatını itirib.