BolgeXeber.Com » Dünya » Rusiyada dəhşətli yanğın: 48 ölü - VİDEO

Rusiyada dəhşətli yanğın: 48 ölü - VİDEO

26-03-2018, 09:42
Oxunub: 2 404 Rusiyada dəhşətli yanğın: 48 ölü - VİDEORusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") güclü yanğın baş verib

"Report” TASS-a istinadən xəbər verir ki, faciə nəticəsində ölənlərin sayı 48-ə çatıb, onlarla şəxs isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Təqribən 70 nəfər itkin düşmüş hesab olunur.

Yanğın mühafizəsinə dördmərtəbəli ticarət mərkəzində tüstülənmə barədə məlumat bazar günü günorta saatlarında daxil olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının ocağı ticarət mərkəzinin yuxarı mərtəbəsində olub.

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.