BolgeXeber.Com » Dünya » Türkiyə kəşfiyyatının dəstəyi ilə Rusiyada böyük terror aktın qarşısı alındı
Türkiyə kəşfiyyatının dəstəyi ilə Rusiyada böyük terror aktın qarşısı alındı
4-04-2018, 15:49
Oxunub: 4 042
Rusiyanın Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikov Türkiyədəki həmkarlarından aldıqları məlumatlar əsasında Rusiyada törədilməsi nəzərdə tutulan ciddi bir terror hücumunun qarışısının alındığını söyləyib
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Moskvada təşkil olunan Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Bortnikov terrorla mübarizədə kəşfiyyat orqanları arasındakı əməkdaşlığın təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
"Bu gün Rusiya ilə qərb, xüsusilə ABŞ arasındakı münasibətlərin hansı vəziyyətdə olduğundan xəbərdarsınız. Buna baxmayaraq terrorla mübarizədə kəşfiyyat orqanları arasındakı əməkdaşlıq təqdirəlayiqdir. Ötən ilin sonlarında ABŞ-ın verdiyi məlumatlar əsasında Rusiyanın Sank Peterburq şəhərində hücum planlaşdıran bir terrorçu ələ keçirildi. İkinci əməkdaşlıq nümunəsi isə türkiyəli həmkarlarımızdan gəldi. Onlardan aldığımız məlumatla Rusiyada bir çox insanın ölümünə səbəb ola biləcək terrorun qarşısı alındı", - deyə o, bildirib.
Türkiyədən terror hücumu ilə bağlı alınan məlumatın detallarını açıqlamayan Bortnikov Rusiya və dünyada gerçəkləşdirilən terrorların yarısının İŞİD-lə əlaqəli olduğunu deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər