BolgeXeber.Com » Dünya » Trampla bağlı daha bir porno qalmaqalı: “Ondan israrlı təkliflər alırdım” – FOTOLAR

Trampla bağlı daha bir porno qalmaqalı: “Ondan israrlı təkliflər alırdım” – FOTOLAR

10-04-2018, 11:06
Oxunub: 6 658 Trampla bağlı daha bir porno qalmaqalı: “Ondan israrlı təkliflər alırdım” – FOTOLARABŞ prezidenti Donald Tramp ilə bağlı yeni qalmaqal ortaya çıxıb

Venesuellalı porno ulduz Alicia Machado D.Trampın ona dəfələrlə cinsi münasibət təklifi etdiyini açıqlayıb.
O, 1996-cı ildə kainat gözəli seçildikdən sonra Trampdan bir neçə dəfə davamlı olaraq, təklif aldığını deyib. 41 yaşlı porno ulduz Trampın bu təkliflərinə baxmayaraq onunla görüşmədiyini də deyib.

Qalmaqallı iddialar səsləndirən porno ulduz Trampın həmin illərdə ona aşağılayıcı ifadələrlə səslənməsi haqqında da danışıb. Onun dediklərinə görə, Tramp ona kainat gözəli olduğu halda süpürgəçi deyə müraciət edirmiş.

Ötən əsrin 90-cı illərində indiki ABŞ prezidenti “Miss Universe” gözəllik yarışmasını təşkil etmişdi. Venesuellalı porno ulduz ilə Tramp arasında qalmaqal əslində uzun zamandan bəri var imiş. Porno ulduz prezident seçkiləri zamanı da Trampın onu təhqiramiz ifadələrlə aşağıladığını deyərək, qalmaqal yaratmışdı.

Cinsi ayrıseçkilik və qadın düşmənçiliyi ilə günahlandırılan Tramp sosial şəbəkədə porno ulduzu təhqir etmişdi. Ayrıca olaraq Tramp sosial şəbəkələrdə kainat gözəlinin seks kasetlərinin əlində olduğunu da vurğulamışdı.

ABŞ mətbuatı isə bu iddiaları yalanlamışdı. Kasetdəki görüntülərdə sadəcə, kainat gözəlinin bir şou verilişdə kişi yarışmaçı ilə qaydalar əsasında yataqda uzanması görünürdü.

Trampın porno ulduza qarşı ilginc çıxışlarından biri də onun saxta sənədlərlə ABŞ vətəndaşlığı alması ilə bağlı olub. Tramp qeyd edib ki, kainat gözəli ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klintonun köməyi ilə ABŞ vətəndaşlığı alıb.

Qalmaqallı iddialar səsləndirən kainat gözəlinin sosial mediada 600 mindən çox izləyicisi var. Hazırda ABŞ mətbuatı Trampın porno ulduza nə cavab verəcəyini gözləyir.

Qeyd edək ki, bu ilin yanvar ayında da Trampla bağlı porno qalmaqalı yaşanmışdı. İddialara görə, Trampın 2006-cı ildə “Fırtınalı Deniels” ləqəbli porno ulduz Stefani Kliffordla intim münasibəti olubmuş.

2016-cı ildə ABŞ-da seçki kampaniyasının qızğın şəkildə davam etdiyi bir vaxtda Tramp həmin əlaqələri gizli saxlaması üçün porno ulduza 130 min dollar ödəyibmiş.