12 aprel Kosmonavtika günüdür
12-04-2018, 13:49
Oxunub: 4 443
İnsanın kosmosa ilk uçuşundan 57 il ötür.
SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel Kosmonavtika günü elan olunub. Bu günün keçirilməsinə səbəb isə 57 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Y. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoymuş oldu.
Yuri Qaqarin 1941-ci ilin sentyabrnda orta məktəbin birinci sinfinə gedir. Lakin müharibə təhsilini davam etdirməyə imkan vermir. 1951-ci ildə sənət məktəbini bitirir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq "Yak-18" təyyarəsində ilk dəfə sərbəst uçuş edir. Sonra hərbi xidmətə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məkətbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o, bu məktəbi bitirir.
1959-cu ildə ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyini xahiş edir. Y. Qaqarin iki tibbi ekspertizanı keçəndən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir. 1961-ci ildə ABŞ ilə raket yarışmasında qabağa çıxmaq istəyən Serqey Korolyov namizədlər arasından 6 nəfəri seçir. Onların arasında Qaqarin də vardı. Kimin kosmosa uçması sonuncu dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.
Uçuşa 12 aprel 1961-ci ildə Baykonur aerodromundan start verilir. Qaqarin "Vostok" gəmisində kosmosa uçuşu uğurla həyata keçirir. Onun bəşər tarixində atdığı bu ilk və cəsarətli addım təkcə ölkə daxilində deyil, həm də xaricdə yüksək qiymətləndirilir. Adı bir an içərisində bütün dünyada məşhurlaşır. Təəssüf ki, ilk kosmonavtın ömrü qısa olur, o, 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayır və həlak olur. Kosmosun ilk fatehinin əziz xatirəsi dünyanın hər yerində dərin hörmətlə anılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər