BolgeXeber.Com » Dünya » Skripallar niyə ölmədi? - Dəhşətli zəhəri yaradan Mirzəcanov izah edir
Skripallar niyə ölmədi? - Dəhşətli zəhəri yaradan Mirzəcanov izah edir
13-04-2018, 15:07
Oxunub: 3 598
Böyük Britaniyanın Solsberi şəhərində Rusiyada işlənib hazırlanan “Noviçok” adlı kimyəvi silah tətbiq olunmaqla zəhərlənən keçmiş QRU polkovniki Sergey Skripalın və qızı Yuliyanın ölümdən dönməsi bu zəhərin daha bir xüsusiyyətini ortaya çıxarıb
Vaxtilə “Noviçok”u işləyib hazırlayanlardan biri, tanınmış sovet kimyaçı alimi Vil Mirzəcanov “Kommersant FM” radiosuna müsahibəsində deyib ki, casusu və qızını ölümdən dumanlı hava xilas edib.
Belə ki, onların zəhərləndiyi gün Solsberidə hava dumanlı və çiskinli olub. Zəhər isə suya həssasdır-su ilə təmasda olanda öz xüsusiyyətlərini qismən itirir. Alimin bildirdiyinə görə zəhəri Skripalların baş çəkdikləri restoranın giriş qapısının dəstəyinə sürtüblər və hava çiskinli olduğundan maddə su ilə təmasda olub.
“Nəticədə onlar doza alıblar, amma bu doza ölümcül olmayıb, çünki hesablanmış konsentrasiya su ilə təmasa görə aşağı düşüb”-ABŞ-da mühacirətdə olan kimyaçı deyib.
Mirzəcanov deyib ki, təmiz zəhər ancaq xüsusi laboratoriyada, yüksək ixtisaslı mütəxəssislərlə əldə edilə bilər. Diletant “Noviçok” kimi mürəkkəb zəhəri hazırlaya bilməz.
Xatırladaq ki, Yuliya Skripal xəstəxanadan buraxılıb və hərbi bazanın ərazisində qorunur. Atası isə komadan ayılıb, vəziyyətinin yaxşılaşdığı bildirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər