Türkiyə prezidenti: Qarabağ məsələsində Azərbaycanın yanındayıq
25-04-2018, 17:13
Oxunub: 3 289
Biz Dağlıq Qarabağ problemini öz problemimiz bilirik və Türkiyə bu məsələdə Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcək.
Bolgexeber.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Biz ortaq mövqeyimizi Qarabağda da, Afrində də nümayiş etdirmişik. Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatı zamanı Azərbaycan dövləti və xalqı bizimlə olub. Biz də Dağlıq Qarabağ problemini öz problemimiz kimi görmüşük, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli vacibdir. Hərbi və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək niyyətindəyik.
VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində mühüm sənədlər imzalayacağıq. Həmçinin Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyəni dəstəkləyib”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər