İstanbul seçkisinin yekun nəticəsi açıqlandı - RƏSMİ
24-06-2019, 12:46
Oxunub: 3 466
Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Sadri Güvən İstanbulda iyunun 23-də keçirilən təkrar bələdiyyə seçkilərinin yekun nəticəsini açıqlayıb.
“Anadolu” agentliyinin verdiyi məlumata görə, S.Güvən seçkilərdə Ədalət və İnkişaf Partiyasından bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırımın 3 935 453 səs, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Əkrəm İmamoğlunun isə 4 741 868 səs toplandığını bildirib.
Nəticələrə əsasən, Ə.İmamoğlu 54,21 faiz səslə qələbə qazanıb. B.Yıldırım isə səslərin 44,99 faizinə sahib olub.
Xatırladaq ki, martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilmiş seçkilərdə Ə.İmamoğlu 48,8 faiz toplayaraq 13 729 səs fərqi ilə B.Yıldırımı üstələmişdi. O, aprelin 17-də vəzifəsinin başına keçsə də, mayın 6-da YSK İstanbul bələdiyyəsinə keçirilmiş seçkilərin nəticələrini ləğv etmiş, təkrar seçkiləri isə iyunun 23-nə təyin etmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər