BolgeXeber.Com » Dünya » Zəlzələ 3 şəhəri yerlə-yeksan etdi

Zəlzələ 3 şəhəri yerlə-yeksan etdi

10-04-2013, 09:05
Oxunub: 5 173 Qonşu ölkədə baş vermiş zəlzələ nəticəsində 30-dan çox adam ölüb, 800 nəfər yaralanıb


İranın Buşəhr şəhərində 6,3 bal gücündə baş vermiş zəlzələ nəticəsində 30 nəfərdən çox adam ölüb. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində ən azı 800 nəfər xəsarət alıb. Təbii fəlakət nəticəsində Kaki, Hormuc və Kenqan şəhərləri tamamilə dağıdılıb.

Hadisə yerinə qonşu vilayətlərdən xilasetmə qüvvələri cəlb olunub.

Qeyd edək ki, zəlzələni episentri Buşəhr Atom Elektrik Stansiyasının 90 kilometrliyinə təsadüf edib və 10 km dərində olub. Yeraltı təkanlar Fars körfəzinin bir neçə ölkələrində hiss olunub.

*** 18.51
Bu gün İran İslam Respublikasının cənubunda 6,3 bal gücündə zəlzələ baş verib. ans press-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, zəlzələni episentri Buşəhr Atom Elektrik Stansiyasının 90 kilometrliyinə təsadüf edib və 10 km dərində olub.

Belə ki, AES-i inşa edən Rusiyanın “Atomstroyeskport” şirkətindən bildiriblər ki, AES ərazisində təkanlar hiss edilsə də, obyektə hər hansı zərər dəyməyib. Belə ki, AES 9 bal gücündə zəlzələyə davam gətirəcək şəkildə inşa olunub.
Bolgexeber.com