5 yaşlı dahi
27-04-2013, 09:25
Oxunub: 5 354
ABŞ-ın İllinoys ştatının 5 yaşlı sakini boş vaxt itirməyi sevmir.
Elmi kitablar oxuyan uşaq IQ səviyyəsini görünməmiş həddə çatdırıb. O bu göstəriciyə görə hətta bir çox istedadlı şəxsləri geridə qoyub.
Qus Dorman adlı bu uşağın qeyri-adi istedadı yaş yarımlığından üzə çıxıb. Uşağın atası oğlunun kitaba həvəsini görüb ona kimyəvi elementlərin dövri sistemini və xəritələr verib. Nəticə özünü çox gözlətməyib. Uşaq bütün kimyəvi elementləri əzbər bilir, xəritədə ölkələri tapır, onların paytaxtlarını tanıyır. Hətta uşağın atası bəzi mübahisələrdə oğluna uduzduğunu da etiraf edir.
Qusun yaşıdları hələ hərf tanımadığı halda onun sərbəst oxuması valideynlərini də təəccübləndirir.
Yaxın günlərdə ailəsi uşağın intellekt səviyyəsini yoxlatdırıb. Stenford-Bin testini eləyən Qus sualların 99%-ə düz cavab verərək 147 bal toplayıb. Mensanın «dahilər siyahısı»na düşmək üçün 132 ballıq nəticə kifayətdir. Ümumilikdə Mensa 100 ölkədən 110 min nəfəri birləşdirir. Böyük adam orta göstərici 100, xüsusi istedadı olanlar üçün isə 130 baldır.
Mensanın tam hüquqla üzvü olan Qus məktəbdə əziyyət çəkir. Yaşıdları əlifbanı öyrəndiyi halda bu istedad sahibi nə edəcəyini bilmir. Valideynlərinin sözlərinə görə, bu oğlanı daha ciddi məsələlər – astrofizika və qara dəliklər maraqlandırır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər