BolgeXeber.Com » Dünya » İstanbulda uşaqlı analar gediş haqqı ödəməyəcək

İstanbulda uşaqlı analar gediş haqqı ödəməyəcək

18-01-2020, 09:40
Oxunub: 3 517 İstanbulda uşaqlı analar gediş haqqı ödəməyəcəkİstanbulda 5 yaşa qədər uşaqlar və anaları üçün ictimai nəqliyyat pulsuz oldu.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu məlumatı İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu açıqlayıb.

"İstanbulda 5 yaşa qədər 1 milyon 160 min uşağımızın analarının pulsuz gediş kartı əldə etməsi qərarı bələdiyyə məclisi tərəfindən yekdilliklə qəbul edilib”, - deyə Əkrəm İmamoğlu bildirib.