BolgeXeber.Com » Dünya » Siqaretdən bir ildə 8 milyon insan ölür - dəhşətli statistika

Siqaretdən bir ildə 8 milyon insan ölür - dəhşətli statistika

8-02-2020, 17:51
Oxunub: 4 714
Siqaretdən bir ildə 8 milyon insan ölür - dəhşətli statistika
Siqaret 1 ildə dünyada 8 milyon insanın həyatına son qoyur.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, passiv siqaret çəkənlər də daxil olmaqla hər il 8 milyondan çox insan siqaretin qurbanı olur. Dünyadakı 1 milyard 100 milyon siqaret istifadəçisinin təxminən 80 faizinin aşağı və orta gəlirli ölkələrdən olduğu diqqət çəkir.



Qeyd edək ki, ən çox siqaret istifadəçisi Cənub-Şərqi Asiyada və Avropanın Balkan bölgəsində cəmlənib. Qərbi Avropa ölkələrində və Amerika qitəsində isə siqaret çəkənlərin nisbətinin aşağı olduğu diqqət çəkir.



Bir çox Cənub-Şərqi Asiya ölkələrində siqaret çəkmə nisbəti kişilər üçün çox, qadınlar üçün isə çox aşağıdır. İndoneziyada kişilərdə siqaret çəkmə nisbəti 76,2 faiz, qadınlarda siqaret çəkmə nisbəti isə 3,6 faizdir.



Danimarka dünyada qadınların kişilərdən daha çox siqaret çəkdiyi yeganə ölkədir. Bu ölkədə qadınların 19,3 faizi və kişilərin 18,9 faizi siqaret çəkir.



Kişi və qadın siqaret çəkənlər arasında ən az fərq olan ölkələr Avropada da üstünlük təşkil edir.