Millət vəkili kəfən geyinib yolda yatdı- FOTO
6-05-2013, 09:30
Oxunub: 7 708
Aksiyadan sonra deputat kəfənləri yoxsullara hədiyyə edib
Türkiyədə Cümhuriyyətçi Xalq Partiyasından (CHP) olan millət vəkili qeyri-adi etiraz aksiyası keçirib. Bir neçə aksiyaçı ilə birlikdə kəfən geyinən Ensar Öğüt Ərtzurum – Artvin magistral yolunun 62-ci kilometrliyindəki yoxuşda yolun ortasında uzanıb. Aksiyaya səbəb həmin yoldakı yoxuşda son 2 ildə 26 nəfərin ölməsi və 200-ə yaxın insanın yaralanması ilə nəticələnən avtomobil qəzalarıdır.
Millət vəkili 90 dərəcəlik bu yoxuşda xüsusilə ağır tonnajlı maşınların əyləclərinin nasazlandığını, bunun nəticəsində isə qəzalar meydana gəldiyini deyib. Öğüt həmçinin yoxuşla əlaqədar nəqliyyat naziri Binali Yıldırım barəsində Türkiyə Böyük Millət Məclisinə (TBMM) deputat sorğusu göndərdiyini, lakin heç bir nəticə əldə edilmədiyini vurğulayıb.
Qeyd edək ki, 15 dəqiqə davam edən aksiyadan sonra yolda avtomobillərin hərəkəti bərpa olunub. Millət vəkili aksiyada istifadə olunan kəfənləri CHP Ərzurum şöbəsinin sədrinə verərək bu yolda qəza nəticəsində həlak olan ehtiyac sahiblərinə verilməsini istəyib.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər