BolgeXeber.Com » Dünya » Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü

Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü

19-02-2020, 12:23
Oxunub: 3 378
Çində koronavirus qurbanlarının sayı durmadan artır

Bu barədə Bolgexeber.com RİA “Novosti”yə istinadən xəbər verir. Son məlumata görə, ölkədə 2 004 nəfər virusun qurbanı olub. Çin həkimləri 14 376 xəstənin sağalmasına nail olublar. Bildirilir ki, ölkədə virusa yoluxanların sayı da artaraq 74 185 nəfərə çatıb. Ötən gün virusa ölkə üzrə 1 749 yoluxma təsdiqlənib, 136 ölüm hadisəsi qeydə alınıb. Onlardan 132-i Hubey əyalətində baş verib. Qeyd edək ki, Çində koronavirus ötən ilin sonlarında Hubey əyalətində yayılmağa başlayıb.