Çində yeni növ koronavirusdan ölənlərin sayı 2236 nəfərə çatıb
21-02-2020, 10:08
Oxunub: 4 881
Çində yeni növ koronavirus qurbanlarının sayı 2236 nəfərə çatıb, 18264 nəfər müalicə yolu ilə bu virusdan xilas olub.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi açıqlama yayıb.
Məlumata görə, gün ərzində koronavirusun yaratdığı xəstəlikdən 118 ölüm faktı qeydə alınıb, 2109 nəfər xəstəxanadan buraxılıb. Çində yeni tip koronavirusa yoluxanların ümumi sayı gün ərzində 889 artaraq 75,4 min nəfəri keçib.
Çin hökuməti qeyd edib ki, 31 vilayətin ərazisində hazırda 54,965 nəfər xəstədir, onlardan 11,6 mininin vəziyyəti ağır kimi qiymətləndirilir.
Ölümlərin ən yüksək həddi Hubey əyalətində qeydə alınıb – 115 nəfər. Ümumilikdə keçən ilin dekabr ayından koronavirusun yayıldığı vilayətdə 62,4 min yoluxma hadisəsi qeyd edilib. 1,4 mindən çox xəstə sağalıb və xəstəxanalardan buraxılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər