MTN generalı şikayətini geri götürüb
27-02-2020, 11:56
Oxunub: 4 501
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və həmin idarənin əməkdaşı Natiq Alıyevın kassasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, Sübahir Qurbanov məhkəməyə ərizə ilə müraciət edərək kassasiya şikayətini geri götürüb.
Natıq Alıyev şikayəti üzrə məhkəmə isə qapalı keçirilib.
Proses martın 6-a təyin edilib. Xatırladaq ki, Sübahir Qurbanov bir neçə dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib, daha sonra geri götürüb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2015-ci ildə həbs ediliblər. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Natiq Alıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi isə onların şikayətlərini təmin etməyib.
Qərardan narazı qalan şəxslər Ali Məhkəməyə kassasiya şikayəti veriblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər