Dünyada koronavirusa yoluxanların sayı 2 milyonu ötdü
15-04-2020, 09:34
Oxunub: 4 235
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 2 milyonu ötüb.
“Report” “Worldometers”ə istinadən xəbər verir ki, hazırda 2 000 043 nəfərin koronavirus testləri pozitiv nəticələnib, 126 753 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 484 573 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hallarına görə dünyada ilk sırada ABŞ qərarlaşıb. Burada 614 211 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 26 064 nəfərdir.
Avropada isə virusa yoluxanları sayına görə birinci yeri İspaniya tutur – 174 060 yoluxma və 18 255 ölüm.
İtaliyada isə 162 488 nəfər yoluxub, 21 067 nəfər dünyasını dəyişib.
Almaniyada 132 210 yoluxma və 3 495 ölüm, Fransada 143 303 yoluxma və 15 729 ölüm, Böyük Britaniyada 93 873 yoluxma və 12 107 ölüm faktı qeydə alınıb.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 65 111 nəfər yoluxub, 1 403 nəfər ölüb. İranda isə 74 877 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 4 683 nəfər pandemiyanın qurbanı olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər