BolgeXeber.Com » Dünya » Qubada bir nəfəri ildırım vurub

Qubada bir nəfəri ildırım vurub

16-05-2013, 09:10
Oxunub: 5 251 Mayın 15-i axşam saatlarında Quba rayonun Afurca kəndində bədbəxt hadisə baş verib. Bolgexeber.com-un verdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Mustafayev Amil İdris oğlunu mal-qara otararkən ildırım vurub.
O, dərhal Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mustafayevin vəziyyətinin orta ağır olduğu bildirilir.