BolgeXeber.Com » Dünya » Moskvada Qələbə paradı başlayıb

Moskvada Qələbə paradı başlayıb

24-06-2020, 11:48
Oxunub: 4 027 Moskvanın Qırmızı Meydanında Böyük Vətən Müharibəsi Qələbəsinin 75 illiyinə həsr edilən hərbi parad keçirilir.
 
Rusiya Müdafiə Nazirinin Ordu generalı Sergey Şoyqunun verdiyi xəbərə görə, paradda təxminən 14 min nəfər iştirak edir.
 
Məlumata əsasən, paradda 10 ölkə rəhbəri iştirak edir.
 
Rusiya Federasiyasının Ali Baş Komandanı Vladimir Putin fəxri qonaqlarla birlikdə  kürsüdədir.
 
Qələbə paradında Abxaziya Prezidenti Aslan Bjaniya, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Milorad Dodik, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Moldova Prezidenti İqor Dodon, Serbiya prezidenti Aleksandr Vuçiç, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Cənubi Osetiya Prezidenti Anatoli Bibilov iştirak edir.
 
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edir.