Rüşvətə heykəl qoyulur
28-05-2013, 18:05
Oxunub: 6 229
Rusiyanın Sankt-Peterburq şəhərində rüşvətə heykəl qoyulması planlaşdırılır. Heykəlin forması ilə bağlı artıq müsabiqə elan edilib. RİA Novosti agentliyiyazır ki, müsabiqəyə təkcə Rusiyadan yox, Azərbaycan, Qazaxıstan və Ukraynadan da qatılanlar var.
Müsabiqəyə göndərilən 408 heykəl layihəsindən 18-i seçilərək mayın 14-də Sankt-Peterburqda sərgi salonunda nümayiş etdirilib.
Sərgi mayın 25-ə qədər davam edəcək. Mayın 28-də isə qalib elan ediləcək. Müasbiqənin mükafatı 305 000 rubldur (təxminən 10 000 ABŞ dolları).
Yekunda Rusiyanın tanınmış rəssamlarından ibarət jüri bir qalib layihə seçəcək. Təşkilatçı olan “Kladovaya Zdorovya” şirkəti isə həmin layihəyə uyğun olaraq Rusiyanın ikinci böyük şəhəri sayılan Sankt-Peterburqda rüşvətə heykəl ucaldılması üçün şəhər rəhbərliyinə müraciət edəcəklər.
Müsabiqənin əsas simvolu da Tazı balasıdır. Küçük bir simvol kimi Nikolay Qoqolun “Müfəttiş” pyesindən götürülüb. Bu əsərdəki kimi məmurların rüşvət olaraq küçük götürmələri XIX əsrdə qalsa da tazı balası Rusiyada rüşvətin simvoluna çevrilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər