Taksimdən ən son xəbərlər
3-06-2013, 20:25
Oxunub: 5 559
“Gezi” park ilə bağlı İstanbulda keçirilən kütləvi aksiyanın artıq 5-ci günüdür. İyunun 3-də “Gezi” parkının sökülməsinə etiraz edən minlərlə insan Taksimə toplaşıb. İstanbula ezam olunmuş əməkdaşımız Fərahim İlqaroğlunun verdiyi məlumata görə, “Gezi” parkında axşam baş tutacaq aksiya ilə bağlı yardım kampaniyası keçirilir: “Burada mən İstanbulun müxtəlif yerlərində yaşayan könüllü vətəndaşların evlərindən “Gezi” parkı üçün neçə gündür parkda gecələyənlərə paylamaq üçün yemək gətirdiklərinin şahidi oldum. Eyni zamanda parkın müxtəlif yerlərində bibər və portağal qazları əleyhinə müxtəlif cür dərman və qaz maskaları pulsuz olaraq paylanılır. Çoşqulu kütlə tez-tez parkda müxtəlif şuarlar səsləndirərək Taskimə toplaşanları parka dəvət edir. Axşam saatlarında yenidən Beşiktaş tərəfdə etiraz aksiyasının keçiriləcəyi gözlənilir. Səhər saatlarında İstanbul bələdiyyəsi barikadaları qaldırsa da, könüllülər bu saatlarda Beşiktaş və Taksim civarında barikadalar qururlar. Polis 4 gündür ki, Taskim meydanına girə bilmir”. musavat.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər