13 iyunun astroloji proqnozu
13-06-2013, 09:25
Oxunub: 5 253
QOÇ - Təzadlı ərəfəyə təsadüf edən bu günü bir qədər mübahisəli şəkildə keçirəcəyiniz gözlənilir. Odur ki, özünüzü ələ almalı, insanlarla ünsiyyətinizi kifayət qədər məhdudlaşdırmalısınız.
BUĞA - İxtiyarınızda olan bu gündə işləriniz çox olacaq. Bu səbəbdən də ikitərəfli əməkdaşlığa başlamağa dəyər. Əmin olun ki, bu təqvimdə əziyyətlərinizin bəhrəsini görəcəksiniz.
ƏKİZLƏR - Ulduzların düzümü şəhadət verir ki, günün ilk yarısını daha çox Allaha ibadətlə başa vursanız, sonrakı saatlarda heç bir maddi-mənəvi sıxıntı çəkməyəcək, gümrah olacaqsınız.
XƏRÇƏNG - Maraqlı insanlarla rastlaşacağınıza inana bilərsiniz. Ola bilsin ki, həmin şəxslər perspektivlərinizin reallaşmasına yardımçı olsun. Ünsiyyətdə acıdil və qərəzli olmayın.
ŞİR - Nə qədər çətin olsa da, bu təqvimi təmkinlə başa vurmalısınız. Əks təqdirdə qarşıdakı ongünlük üçün nəzərdə tutduğunuz mühüm planlarınızın reallaşması xeyli çətinləşə bilər.
QIZ - Maliyyə problemləriniz qabarmaqdadır. Lakin narahat olmağa dəyməz. Çünki qarşınızda duran günlərdə bu çətinliyiniz aradan qalxacaq. Nahardan sonra uzaq səfərə çıxmaq uğurludur.
TƏRƏZİ - Günün ilk yarısında enerji yığmaq üçün yaxşıca istirahət edin. Çünki saat 13-dən sonra gözlənilmədən aktivləşəcəksiniz. Aldığınız bütün təkliflərə razılıq verin, büdcənizi dağıtmayın.
ƏQRƏB - Kifayət qədər sürprizli vaxtdır. Ağlınıza gəlməyən istiqamətlərdən ürəyinizcə olan xəbər və ya təklif ala bilərsiniz. Fəaliyyətlə əlaqəli olmasa, heç bir uzaq səfərə çıxmayın.
OXATAN - Yaxşı olar ki, bu təqvimi bütünlüklə istirahətə həsr edəsiniz. Onsuz da fəaliyyət və pul qazanmaq istiqamətində heç bir uğur gözlənilmir. Buna baxmayaraq, rəsmi dəvətləri qəbul edin.
OĞLAQ - Ürəyinizin səsinə qulaq asın. İmkan verməyin ki, ideyalarınızın istiqamətini kimsə dəyişsin. İnanın ki, belə olarsa bütün cəhdləriniz reallaşacaq. Əyləncələrə aludə olmayın.
SUTÖKƏN - Doğmalarınızla münasibətdə bir qədər mübahisə ola bilər. Buna görə də neytral olmalısınız, hətta səhv qarşı tərəfdə olsa belə. Saat 16-19 aralığında hər mənada ehtiyatlı olun.
BALIQLAR - O qədər də uğurlu vaxt deyil. Bir tərəfdən səhhətinizdə problemlər, digər tərəfdənsə başa düşülməməyiniz ovqatınızı aşağı sala bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər