BolgeXeber.Com » Dünya » Rusiyada kişi müalicə üçün qonşunun itini yedi

Rusiyada kişi müalicə üçün qonşunun itini yedi

9-11-2020, 16:14
Oxunub: 856 Rusiyada Buryatiya Respublikasının sakini vərəm müalicəsi üçün başqasının itini yeyib.
Bu barədə Tayga.info Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
İtin sahibi polisə bununla bağlı ifadə verib.
 
Bildirilir ki, Buryatiya sakininə çoban itini qaçırdığına görə oğurluq maddəsi ilə cinayət işi başladılıb.
"Qaçırılan heyvanın qalıqları onu vərəm müalicəsi üçün dostu ilə birlikdə aparan və kəsən cinayətkardan götürülüb”, - deyə polis idarəsindən bildirilib.
Zərərin dəyərinin 15 min rubl (330 AZN) olduğu təxmin edilir.