3 iyulun astroloji proqnozu
3-07-2013, 09:00
Oxunub: 5 221
QOÇ - Hər mənada uğurlu gün hesab etmək olar. Sadəcə olaraq günün nəbzini tutmağı bacarmalısınız. Yay istirahətinə başlamaq üçün çox münasibdir. Cibiniz boş deyilsə, hərəkətə keçin.
BUĞA - İxtiyarınızda olan bu təqvimdən qeyri-adi nəsə gözləməyin. Bütün ciddi planları başqa vaxta saxlayın. Maddi durumunuzu yüksəltmək istəyirsinizsə, saat 15-17 aralığını seçin.
ƏKİZLƏR - Başınızda daima ziddiyyətli fikirlər olur, bəzən bu, hətta münasibətlərin pozulmasına da rəvac verir. Heç olmasa, bu gün obyektiv olun. İşlərinizə vicdanla yanaşın.
XƏRÇƏNG - Yaxın on gündə görəcəyiniz işlərin həllinə bu gündən start verməlisiniz. Lazım gəlsə, etibarlı tərəfdaşlarınızın köməyindən də yararlana bilərsiniz. Gün şüasından qorunun.
ŞİR - Həmkarlarınızla münasibətdə soyuqluq yaranmasını istəmirsinizsə, onların ədalətli mövqeyi ilə razılaşın. Vəzifələrinizə isə məsuliyyətlə yanaşın. Dənizə getmək və ya səyahətə çıxmaq olar.
QIZ - İndiki ağır zamanda dostlarla, qohumlarla münasibətlərə xələl gətirmək savablarınızı azalda bilər. Hər bir prosesə obyektiv yanaşın. Yalnız bu halda ulduzlar sizi uğurlara çatdıra bilər. Bu gün istirahətə də vaxt ayırın.
TƏRƏZİ - Proseslərin axarı sizi qane edəcək. Xırdaçılığa yol verməsəniz, dedi-qodudan, qeybətdən yayınsanız, istər fəaliyyətdə, istərsə də münasibətlər zəminində hər şey normal olacaq.
ƏQRƏB - Üzərinizə götürdüyünüz öhdəliklərə məsuliyyətlə yanaşın. Hər hansı səhlənkarlıq sizi gözdən sala bilər. Hər boş sözdən çılğınlaşmayın. Doğmalarınızla mütləq əlaqə saxlayın.
OXATAN - Təxminən saat 17-yə qədər yalnız adi, gündəlik işlərinizlə məşğul olun. Qeyri-adi və ya hər hansı risklərə yol verməyin. Bununla yanaşı səhhətinizə də fikir verməlisiniz.
OĞLAQ - Gələcək planlarınızı reallaşdırmaq üçün etibar etdiyiniz təcrübəli insanlarla danışıqlar aparmağa dəyər. Amma gərək hər bir məsələdə ədalət prinsiplərini əsas tutasınız. Yeri gəlsə, risk də etmək olar.
SUTÖKƏN - Qarşınızda duran vəzifələri ləyaqətlə yerinə yetirsəniz, qarşınızda duran təqvimdən razı qalacaqsınız. Bu gün şəxsi büdcənizi artırmaq üçün fəallaşmalısınız. Uzaq yola çıxmayın.
BALIQLAR - İlk növbədə ünsiyyət məsələlərində səbr nümayiş etdirin ki, ümumi ovqatınız yüksək olsun. Heç bir maliyyə sövdələşmələrində iştirak etməyin. İşlə bağlı vəziyyət normal olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər