Putinin oxşarı - olimpiya çempionu Bakıya gəldi
10-07-2013, 12:10
Oxunub: 5 442
Olimpiya çempionu doğum gününü Bakıda qeyd etdi
1996-cı il Atlanta Olimpiya oyunlarının qızıl, 2000-ci il Sidney olimpiya oyunlarının bürünc, 4 qat Avropa, Fransa Qran-Pri kubokunun sahibi və bir neçə dəfə Rusiya çempionu olmuş yüngül atletika üzrə idman ustası Yevgeni Podqornı Bakıya qonaq gəlib.
Rusiya prezidenti Vladimir Putinə hədsiz bənzərliyi ilə də tanınan populyar gimnast Bakıda doğum gününü qeyd edir. O, burada dostu İlyas Xəlilovun qonağıdır.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü idmançı 2005-ci ildən etibarən həm də Novosibirsk vilayətinin deputatlar şurasındakı qanunverici qurumun deputatı vəzifəsini yerinə yetirir. Həmçinin, o, Novosibirsk Şəhər İctimai Fondunun sosial dəstək sektorunun ümumi işlər üzrə prezidentidir.
Yevgeni Podqornı Rusiyada təkcə bu ölkəyə qazandırdığı medallara görə yox, həm də dövlət başçısı V.Putinə bənzərliyinə görə məşhurdur. O, bu oxşarlığına görə həm də Putinin sevimli idmançıları arasındadır
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər