Telefonunuza yüklədiyiniz 8 TƏHLÜKƏLİ PROQRAM
13-03-2021, 13:11
Oxunub: 3 989
"Google Play”də istifadəçilərin bank məlumatlarını oğurlaya və ya ikimərhələli eyniləşdirməni keçə bilən ən azı 8 təhlükəli mobil proqram aşkar edilib. "Forbes” jurnalının mütəxəssisi Zak Dofman bu mobil proqramları dərhal telefondan silməyə və bank hesablarını yoxlamağa çağırıb.
Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər bildiriblər ki, "Play Store” mobil proqramlar mağazasının mütəxəssisləri hakerlər tərəfindən müdaxilənin qarşısını bütün mümkün üsullarla almağa çalışırlar, lakin hakerlərin həmişə bir addım irəlidə olması kimi təsəvvür yaranır.
İstifadəçinin "ağıllı” telefonuna istənilən zərərli proqram təminatını yükləyə bilən "Clast82” adlı troyan yeni təhlükə mənbəyidir.
Nüfuzlu "Forbes” nəşri "Google Play Store” mobil proqramlar mağazasında "Clast82” troyan virusu ilə olan zərərli proqramların siyahısını dərc edib:
1. Cake VPN (com.lazycoder.cakevpns)
2. Pacific VPN (com.protectvpn.freeapp)
3. eVPN (com.abcd.evpnfree)
4. BeatPlayer (com.crrl.beatplayers)
5. QR/Barcode Scanner MAX (com.bezrukd.qrcodebarcode)
6. Music Player (com.revosleap.samplemusicplayers)
7. tooltipnatorlibrary (com.mistergrizzlys.docscanpro)
8. QRecorder (com.record.callvoicerecorder)
///Ölkə.Az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər