Ulduzlar bu gün nə vəd edir?
22-07-2013, 08:40
Oxunub: 5 108
QOÇ - Yeni əlaqələr yaratmaq üçün ideal ərəfədir. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. Nahardan sonra səfərə çıxmağa dəyər.
BUĞA - Hiss olunur ki, maddi durumunuz qənaətbəxş deyil. Bu isə əksər sahələrdə passivliyinizə zəmin yaradır. Buna baxmayaraq, nahardan sonra ikitərəfli əməkdaşlıq üçün şanslarınız olacaq.
ƏKİZLƏR - Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşacağınızdan xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd işlərdən yayınmalısınız. İşgüzar əlaqələrə başlayın.
XƏRÇƏNG - İşgüzar sövdələşmələr aparmaq istəyirsinizsə, bürcünüzün bu son təqvimindən yararlanın. Əmin olun ki, hər şey ürəyinizcə olacaq. Sadəcə, qərarlarınızda reallığa əsaslanın.
ŞİR - İyulun bu gününü uğurlu keçirəcəksiniz. Şəxsi işlərinizdə dönüş yaratmaq üçün saat 15-dən sonra şanslarınız olacaq. Büdcənizi artırmaq istəyirsinizsə, əzmkarlığınızı artırın.
QIZ - Bütün enerjinizi fəaliyyət prinsipinə istiqamətləndirin. Çünki gələcək perspektivləriniz iyulun bu təqvimindən birbaşa asılı olacaq. Pul sövdələşmələrində ötkəm olun.
TƏRƏZİ - Saat 13-ə qədər ev şəraitində olmağınız vacibdir. Riskli iş görmək, səfərə çıxmaq yolverilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Axşamsa qonaqlıq gözlənilir.
ƏQRƏB - Təxminən saat 15-ə qədər ümumi ovqatınız xoş olacaq. Ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Sonrakı müddətdə isə ciddi və böyük mübahisələr gözlənilir. Yaxşı olar ki, səfərə çıxasınız.
OXATAN - Ümumi gərginliyinizə baxmayaraq çıxış yolu tapmağa davam etməlisiniz. Hər şeyi dəqiqliklə ölçüb-biçməli, ağıllı məsləhətlərə qulaq asmalısınız. Uzaq səfərlərə çıxmağa dəyər.
OĞLAQ - Ay bürcünüzdə olduğu üçün o qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Təmkindən qidalanın.
SUTÖKƏN - İstifadə etdiyimiz bütün astroloji mənbələr bu təqvimi bütünlüklə səfər və qonaqlıqlara həsr edəcəyinizi göstərir. Yeni müsahiblərinizə qarşı bir qədər mülayim davranın.
BALIQLAR - Yaxşı olar ki, heç bir ciddi işə baş qoşmayasınız. Əks təqdirdə uğursuz cəhdlərlə rastlaşacaqsınız. Bununla yanaşı, sizə qarşı qərəz nümayiş etdirənlərə kəskin cavab verməyi də təxirə salın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər