BolgeXeber.Com » Dünya » Tacikistan Prezidentinin bacısı və qaynanası koronavirusdan ölüb

Tacikistan Prezidentinin bacısı və qaynanası koronavirusdan ölüb

14-07-2021, 13:40
Oxunub: 2 624 Tacikistan Prezidenti İmoməli Rahmonun bacısı Kurbonbi Rahmonova 64 yaşında vəfat edib.

Məlumatı Tacikistan Prezidentinin Mətbuat xidməti yayıb.

Tacikistanın Səhiyyə Nazirliyi Kurbonbi Rahmonovanın koronavirus infeksiyasından öldüyünü bildirib. O, iyulun 20-də ölkə paytaxtı Düşənbədə 5 saylı klinik xəstəxanada müalicə olunurmuş.

Məlumata görə, iyulun 5-də Prezident İmamoli Rəhmonun qaynanası, 88 yaşlı Özbəkbi Əsədullayeva da koronavirusdan vəfat edib.