Xəyallara dalmayın, cari məsələləri həll edin. Sevdiyiniz adama sürpriz edin. Praktik olun.
Tərəzi - çətinliklər və problemlərdən qorxmayın. Onların öhdəsindən tezliklə gələcəksiniz. İşdə yeni, eksperimental metodların xüsusi effekti olacaq. Ənənəvi yoldan kənara çıxmaqdan çəkinməyin. Gəlir, bahalı hədiyyə istisna deyil.
Alış-verişə yollana bilərsiniz.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yaşam tonusunun səviyyəsi yüksəkdir. Dəvət aldığınız tədbirə yollanın. Köhnə dostlarla görüşün.
Əqrəb - uğurlar zəhmət və cəhdlərlə düz mütənasib olacaq. Nəyəsə nail olmaq istəyirsinizsə, tənbəllik etməyin. Kimsənin yardımına və ya köməyinə bel bağlamayın. Müstəqil olun, təkbaşına işləyin. Yaxınlarınız sizə yardım etməyə tələsməyəcəklər.
Günün ikinci yarısında yaşlı qohumlardan biri ilə fikir ayrılıqları yaranacaq. Ciddi münaqişəyə yol verməyin.
İdmanla məşğul olmaq üçün yaxşı zamandır. Sağlamlıq prosedurlarını unutmayın. Pəhriz saxlamağa başlasanız, qaydalara riayət etmək çətinlik yaratmayacaq.
Oxatan - yetərincə mürəkkəb gündür. Ciddi və mürəkkəb iş planlaşdırmasanız da, çətinliklərlə qarşılaşacaqsınız. İstəmədiyiniz işi görmək zərurəti yaranacaq. Dəstəyinə və ya yardımına bel bağladığınız insanlar vədlərini yerinə yetirməyəcəklər. Buna görə də tək işləməlisiniz.
Günün ikinci yarısında uzaq qohumlardan biri xoş olmayan xəbər gətirəcək.
Özünüzü qoruyun. Travma riskinin artdığı zamandır. Xəstələnsəniz, sağalma prosesi uzun çəkəcək. Sevdiyiniz insanla mübahisə etməyin, təmasları sərinlətməyin. Məntiqli, ağıllı olun.
Oğlaq - nəzərdə tutduğunuz işlərin çoxunu təxirə salmalı olacaqsınız. Yeni maraqlı iş diqqətinizi cəlb edəcək. Yeni tanışlıqlar və danışıqlar üçün əlverişli zamandır. Tərəfdaşlarınızla müzakirələrdən sonra layihəyə start verin.
İntuisiyanıza güvənin. Onun siqnalları səhvsiz, dəqiq və vaxtındadır. Alış-verişdə pul xərcləmək, biznesə pul yatırmaq olar. Nəqliyyat vasitəsi almaq üçnü münasib zamandır.
Dolça - darıxdırıcı və rutin gündür. Yaddaqalan təəssüratlar, qeyri-adi göürşlər istəyirsiniz. Onların heç biri olmayacaq. Ciddi dəyişikliklərə can atmayın. Cəhdlər uğursuzdur. Yaxınlarınızla fikir ayrılıqları yarana bilər. Mövqelərinizi müdafiə edin, yersiz güzəştə getməyin.
Günün ikinci yarısında müzakirə və ya diskussiya zamanı soyuqqanlı olun. Əks təqdirdə danışıqlar qarşılıqlı iradlara və tənqidlərə çevriləcək.
İmiclə eksperimentlər etməyin. Ənənəvi prosedurlara üstünlük verin.
Balıqlar - parlaq, yaddaqalan gün olacaq. Günün ilk yarısı xoş xəbər və ya dəyər verdiyiniz insanla görüşlə sizi sevindirəcək. Yeni tanışlıqlar üçün əlverişli zamandır. Amma əsla romantikaya dalmayın.
Günün ikinci yarısında diqqət tələb edən mürəkkəb işə başlayın. Müsbət təmayüllərin təsiri güclənəcək. Sürpriz və etiraf istisna deyil.
Axşam saatlarında normal istirahət edin.