"Facebook"un yaradıcısının “Facebook“ səhifəsini dağıtdılar
20-08-2013, 08:40
Oxunub: 6 253
Xəlil adlı istifadəçi Mark Sukerberqin adından post yerləşdirib
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Xəlil Şritex Facebook sosial şəbəkəsində zəiflik olduğunu açıqlayıb. Bu zəiflik sayəsində Facebook-da başqasının adından statuslar yazmaq mümkündür.
Bu faktı aşkar edən fələstinli haker Xəlil Facebook-un texnikləri ilə əlaqə saxlayıb. Sosial şəbəkənin mütəxəssisləri deyiblər ki, bu, zəiflik deyil. Bundan sonra öz sözlərini təsdiq etmək üçün Xəlil Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberqin adından post yerləşdirib.
"Bağışla ki, sənin səhifəndəki yazıların qaydalarını pozuram. Ancaq mənim Facebook komandasına göndərdiyim məktublardan sonra başqa yolum qalmadı", - Xəlil Facebook-un baş direktorunun səhifəsində yazıb.
Qaydaya əsasən, Facebook sosial şəbəkəsində boşluq barədə informasiyanı aşkarlayan mütəxəssislərə 500 dollar məbləğində mükafat verirlər. Lakin bu halda Xəlilə mükafat verilməyib. Çünki qaydalara əsasən, həmin boşluq göstərilərkən test üçün profillərdən istifadə olunmalı deyil. Xəlil isə real adamın, həm də Facebook-un baş direktorunun profilindən istifadə etmişdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər