Vanqanın 2022-ci il üçün proqnozları: Virus, qıtlıq...
15-12-2021, 15:30
Oxunub: 2 528
2021-ci ilin sonlarına yaxınlaşdıqca gündəmə gələn məsələlələrdən biri də 2022-ci ildə nələrin baş verəcəyidir.
Bir çox tarixi hadisələr haqqında proqnoz verən məşhur bolqar görücü Vanqa 2022-ci il üçün də öz öngörülərini deyib.
1. 2004-cü ildə Hind okeanında 200 mindən çox insanın həyatını itirdiyi zəlzələ və sunamidən xəbərdar olan Vanqa 2022-ci il üçün də eyni proqnozu verib. O, Avstraliya ilə yanaşı bir çox Asiya ölkələrində də oxşar təbii fəlakətin baş verəcəyini iddia edib.
2. Koronavirus xəstəliyi ilə mübarizə apardığımız bir vaxtda, daha bir ölümcül virusun Sibirdə ortaya çıxacağını açıqlayıb. O, donmuş ərazidə gizlənən bu virusun qlobal istiləşmə ilə birlikdə yayılacağını deyib. Hətta bu prosesin çox tez nəzarətdən çıxacağını da qeyd edib.
3. Vanqanın açıqlamaları arasında içməli su böhranının da olduğu deyilir. Vanqanın kəhanətlərini şərh edən ekspertlər su probleminin çirklənmə səbəbindən yaranacağını da qeyd ediblər.
4. 2017-ci ildən gündəmdə olan "Oumuamua” adlı asteroidin günəş sisteminin yaxınlığından sürətlə keçməsi bir çox insanlarda və elm adamlarında marağa səbəb olub. Vanqanın proqnozlarına görə, bu asteroid yadplanetlilər tərəfindən göndərilib. O ehtimal edir ki, onlar Yerdəki həyat barədə maraqlanırlar.
5. Vanqa dünyanın ən çox əhalisinə sahib ölkələrdən biri olan Hindistanda kütləvi qıtlığın olacağını proqnozlaşdırıb. Onun öngörülərinə görə, havanın temperaturu 50 dərəcəyədək yüksələcək. Bununla da çəyirtkə və ona bənzər canlılar əkin sahələrinə hücum edəcək və məhsullara ciddi ziyan vuracaq.
6. Bolqar kahinin "İnsanların bədəni dik olmayacaq, donqar olacaq” deyimini araşdıran mütəxəssislər bunun getdikcə artan texnologiyadan aslılıq ilə əlaqəli olduğunu bildiriblər. Onlar insanların planşet və telefonlardan çox istifadə etməyinin nəticəsi olacağını düşünürlər.
///Lent.az
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər