Bu günün ulduz falı
24-08-2013, 08:20
Oxunub: 5 853
QOÇ – Günün ilk yarısı maliyyə əməliyyatları aparmaq üçün cox uğurludur. Çalışın ki, bu prosesdə təcrübəli insanlarla bir arada olasınız. Nahardan sonra isə qayğıya ehtiyac duyan doğmalarınıza baş çəkəsiniz.
BUĞA – Ulduzlar bir daha yalan vəd verməməyi tövsiyə edir. Əgər etibarınızı qoruya bilsəniz, təxminən saat 14-dən sonra ovqatınıza müsbət təsir edəcək hadisələr baş verəcək. Bu gün səfərə çıxmayın.
ƏKİZLƏR – Bütün astroloji göstəricilər bu gün ixtiyarın öz əlinizdə olacağını bəyan edir. Yalnız qarşınıza çıxan hər bir situasiyada obyektivliyinizi təmin etməlisiniz. Risk etməyə lüzum yoxdur.
XƏRÇƏNG – Yeni təkliflər gözlənilsə də, bütün hallarda tələsik razılıq verməyin. Etibar etdiyiniz şəxslərlə məsləhətləşin ki, bunun səmərəsini görəsiniz. Axşama yaxın bir neçə sürprizə hazır olun.
ŞİR – Yüksək çinli adamlarla perspektivli danışıqlar aparmaq üçün yaxşı gündür. Xüsusən də saat 14-18 arası bu istiqamətdə uğurlarınız gözlənilir. Hər hansı tərəddüdə ehtiyac yoxdur.
QIZ – Nə qədər ki öz bürcünüz hakimdir, qarşınıza çıxan hər bir şansdan bəhrələnin. Xüsusən də cari problemlərinizin sürətli həllinə can atın. Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.
TƏRƏZİ – Səhər saatları bir qədər gərgin başlasa da, özünüzü təmkinli aparmaqla vəziyyətdən qurtula bilərsiniz. Günün sonrakı saatlarında isə uğurlarınız bol olacaq. Uzaq yola çıxmayın.
ƏQRƏB - Fəaliyyət göstərdiyiniz sahələrdə mübahisəli situasiyalarla rastlaşma ehtimalınız var. Həmkarlarınız və rəhbərliklə mülayim davranın. Nahardan sonra şəxsi büdcənizdə artım gözlənilir.
OXATAN – Ümumi süstlüyünüz kifayət qədər səngiyəcək. Bunu həm hadisələrin gedişatında, həm də rastlaşdığınız insanlarla münasibətlərdə görəcəksiniz. Planınızda varsa, uzaq səfərlərə çıxa bilərsiniz.
OĞLAQ – Yeniliklər yolunuzu gözləyir. Həm münasibətlər istiqamətində, həm də fəaliyyət müstəvisində müsbət mənzərə yaranacaq. Hətta nahardan sonra maddi zəmində uğurlarınız da mümkündür.
SUTÖKƏN – Maliyyə məsələləri ilə bağlı problemlərinizi həll etməyə çalışın. Bütün gücünüzü səfərbər etməklə istəyinizə yetişə bilərsiniz. Bu gün qida rasionunuzu da diqqətdə saxlayın – zəhərlənmə ehtimalınız var.
BALIQLAR – Bütün gücünüzü səfərbər edib yarımçıq işlərinizi yekunlaşdırın. Bu istiqamətdə sizə köməyi dəyəcək insanlara müraciət etməkdən də çəkinməyin. Deyilənləri edin ki, xoş günlərə start verilsin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər