BolgeXeber.Com » Dünya » "Müharibə davam edərsə, Putin nüvə silahından istifadə edə bilər"

"Müharibə davam edərsə, Putin nüvə silahından istifadə edə bilər"

18-03-2022, 16:04
Oxunub: 2 568 "Müharibə davam edərsə, Putin nüvə silahından istifadə edə bilər". 
 
Bu sözləri Müdafiə Kəşfiyyat Təşkilatının direktoru Scott Berrier deyib. 
 
Onun iddiasına görə, Rusiya ilə Ukrayna arasında müharibənin uzanacağı təqdirdə Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ehtimalı var.
 
Müdafiə Kəşfiyyat Təşkilatının direktoru Scott Berrier Ukraynaya hücumun Rusiyanın hərbi gücünü azaltdığına, iqtisadi sanksiyaların Rusiyanı uzunmüddətli iqtisadi depressiyaya və diplomatik böhrana sürükləyə biləcəyinə diqqət çəkib.
 
Berrier müharibənin və onun nəticələrinin getdikcə Rusiyanı zəiflədəcəyini, Rusiyanın gücünü yerli və xarici ictimai rəyə göstərmək üçün nüvə silahına əl ata biləcəyini bəyan edib.