Bu günün ulduz falı
6-09-2013, 10:55
Oxunub: 34 954
QOÇ - Bu təqvimdə ulduzlar daha çox sizin zodiaka pul vəd edir. Bu səbəbdən də boş durmağınıza lüzum yoxdur. Büdcənizi artırmaq üçün ağlınıza gələn bütün ünvanlara və adamlara baş çəkin.
BUĞA - Ulduzlar nahara qədər istirahət etməyinizi məsləhət görür. Əgər ciddi işlərə girişsəniz, uğurlu nəticə hasil olmayacaq. Günün ikinci yarısında isə sürpriz gözlənilir. İmkan tapıb qonaq gedin.
ƏKİZLƏR - Səhhətinizlə bağlı diqqətli olmağınız vacibdir. İqlimin dəyişkənliyi, ətrafınızda olan insanları qəbul etməməyiniz sinir sisteminizdə mənfi fəsadlar yarada bilər.
XƏRÇƏNG - Astroloji göstəricilər yalnız səfərə çıxmaqla yüksək əhval-ruhiyyəyə yiyələnəcəyinizi proqnozlaşdırır. Bu fürsəti fövtə verməyin. Ulduzlar varlanacağınızdan da xəbər verir.
ŞİR - Çağrılmamış ünvanlara qətiyyən getməyin. Əks təqdirdə məyusluqla qarşılaşacaqsınız. Bu gün təxribata cəlb olunmağınız üçün bir çoxları canfəşanlıq edəcəklər. Təmkinli olun.
QIZ - Tanrının qüdrətinə arxalansanız, mənfi enerjili Ayın bürcünüzdə qərar tutması sizin iradənizi qıra bilməyəcək. Dözüm göstərin, savab işlər görün ki, uğurlarınızı artırın.
TƏRƏZİ - Axşam qonaqlığı üçün ideal gündür. Ya hansısa ünvana getməli, ya da ürəyinizə yaxın adamları çağırmalısınız. Bugünkü söhbətlərin gələcəyiniz üçün əhəmiyyəti böyük ola bilər.
ƏQRƏB - Qərarlarınızda qəti olsanız, heç bir narahatçılıqla üzləşməyəcəksiniz. Bu gün darıxdığınız adamların bir çoxu ilə görüşəcəksiniz. Axşama yaxın sevindirici hadisələrin şahidi olacaqsınız.
OXATAN - Bütün danışıq və sövdələşmələri təxirə salıb oturaq işlərlə məşğul olun. Əks təqdirdə təxribat və ya böhtanla üzləşəcəksiniz. Yaxşısı budur, enerjinizi ailə və sevgiyə yönəldəsiniz.
OĞLAQ - Dost və müttəfiqləriniz vasitəsilə uğurlarınızı artıra biləcəksiniz. Varlanma ehtimalınız da var. Ulduzlar nahardan sonra uzaq səfərə çıxmağın uğurluluğundan xəbər verir.
SUTÖKƏN - Təxminən saat 12-yə qədər bürcünüz üçün bəzi xoşagəlməzliklər mümkündür. Özünüzü gərgin və anlaşılmaz situasiyalara cəlb etməyin. Nahardan sonrasa maraqlı görüş və pul gözlənilir.
BALIQLAR - Sağlıq durumunuzu nəzarətə götürsəniz, gün ərzində hansısa xoşagəlməzliklə rastlaşmayacaqsınız. Aldığınız təkliflər ürəyinizdən olsa belə, ona bu gün razılıq verməyin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər