BolgeXeber.Com » Dünya » Dünyada yeni virus yayılır - “Pomidor qripi”

Dünyada yeni virus yayılır - “Pomidor qripi”

3-06-2022, 15:36
Oxunub: 4 136 Hindistanda "pomidor qripi” virusu yayılıb.

Hindistanın Keralada ştatında yeni "pomidor qripi” virusu yayılmağa başlayıb. 

Keralada ştatında "pomidor qripi" aşkar edildikdən sonra onun sərhədlərində nəzarət gücləndirilib. Odişada ştatında 26 uşağa da pomidor qripi diaqnozu qoyulub.

Məlumata görə, xəstəliyin törədicisi bağırsaq viruslarıdır və 5 yaşa qədər uşaqlarda müşahidə olunur, böyüklərdə çox nadir hallarda rast gəlinir.

İnfeksiyanın simptomlarına alında, ayaqlarda və ombalarda ağrılı qabarcıqlar, qızartı və dərinin qıcıqlanması daxildir. Xəstəliyin simptomları sırasında isə qızdırma, ürəkbulanma, qusma, diareya və oynaq ağrıları var. Bu virusdan hələ ki, ölüm halı qeydə alınmayıb.