19 sentyabrın astroloji proqnozu
19-09-2013, 07:35
Oxunub: 4 910
QOÇ - Astroloji göstəricilər yalnız səfərə çıxmaqla yüksək əhval-ruhiyyəyə yiyələnəcəyinizi proqnozlaşdırır. Bu fürsəti fövtə verməyin. Ulduzlar varlanacağınızdan da xəbər verir.
BUĞA - İlk növbədə yoluxucu xəstəliklərdən qorunun. Çünki ulduzlar axşam saatlarında orqanizminizin buna həssas olacağını bildirir. Nahar ərəfəsində sevindirici xəbər eşidəcəksiniz.
ƏKİZLƏR - Bütün danışıq və sövdələşmələri təxirə salıb oturaq işlərlə məşğul olun. Əks təqdirdə təxribat və ya böhtanla üzləşəcəksiniz. Yaxşısı budur, enerjinizi ailə və sevgiyə yönəldəsiniz.
XƏRÇƏNG - Bu təqvimdə ulduzlar daha çox sizin bürcə pul vəd edir. Bu səbəbdən də boş durmağınıza lüzum yoxdur. Büdcənizi artırmaq üçün ağlınıza gələn bütün ünvanlara və adamlara baş çəkin.
ŞİR - Təxminən saat 12-yə qədər bürcünüz üçün bəzi xoşagəlməzliklər mümkündür. Özünüzü gərgin və anlaşılmaz situasiyalara cəlb etməyin. Nahardan sonrasa maraqlı görüş və pul gözlənilir.
QIZ - Çağrılmamış ünvanlara qonaq getməyin. Əks təqdirdə məyusluqla qarşılaşacaqsınız. Bu gün təxribata cəlb olunmağınız üçün bir çoxları canfəşanlıq edəcəklər. Təmkinli olun.
TƏRƏZİ - Qonaqlıq üçün ideal gündür. Ya hansısa ünvana getməli, ya da ürəyinizə yaxın adamları qonaq çağırmalısınız. Bugünkü söhbətlərin gələcəyiniz üçün əhəmiyyəti böyük olacaq.
ƏQRƏB - Ulduzlar nahara qədər istirahət etməyinizi məsləhət görür. Əgər ciddi işlərə girişsəniz, uğurlu nəticə hasil olmayacaq. Günün ikinci yarısında isə sürpriz gözlənilir. Uzaq yola çıxmayın.
OXATAN - Səhhətinizlə bağlı diqqətli olmağınız vacibdir. İqlimin dəyişkənliyi və ətrafınızda olan insanları qəbul etməməyiniz sinir sisteminizdə mənfi fəsadlar yarada bilər. İstirahətə fikir verin.
OĞLAQ - İmkan daxilində bütün riskli işləri təxirə salın. Əsas vaxtınızı istirahətə həsr etməklə növbəti günlərin planlarını qurun. Aldığınız təklifləri beyin süzgəcindən keçirin.
SUTÖKƏN - İndiki məqamda xilas yolunuz yalnız dost və müttəfiqlərdən asılıdır. Çünki əsaslı dönüş etmək üçün fiziki və psixoloji cəhətdən o qədər də hazır deyilsiniz. Sağlamlığınıza fikir verin.
BALIQLAR - Qərarlarınızda qəti olsanız, heç bir narahatçılıqla üzləşməyəcəksiniz. Bu gün darıxdığınız adamların bir çoxu ilə görüşəcəksiniz. Axşamsa sevindirici hadisələrin şahidi olacaqsınız.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər